Bu gün millimiz təlim-məşq toplanışına başlayır

XƏBƏR 1 Avqust 2011 / 15:41 1648
-  A +

Bu gün axşam Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı başlayır.

Bu barədə Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətoə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, hazırlıq prosesinə rəhbərlik edəcək millimizin baş məşqçisi Berti Foqts Bakıya bu gün axşam gəlir.

M.Nərimanoğlu Rusiya «Volqa»sında çıxış edən Vaqif Cavadovun hazırlıq prosesinə çağırılmamasını budəfəki toplanışın seleksiya xarakterli olması ilə əlaqələndirib.


Son xəbərlər