Andrey Arşavin: «Bu barədə indi danışmağın mənası yoxdur»

Andrey Arşavin: «Bu barədə indi danışmağın mənası yoxdur»
XƏBƏR 1 Avqust 2011 / 14:16 1725
-  A +

Rusiya millisinin kapitanı Andrey Arşavin DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını şərh edib.

Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatına müsahibəsində o deyib ki, Braziliyada təşkil olunacaq DÇ-nin final mərhələsində iştirak barədə indidən danışmaq tezdir.

«Mən hesab edirəm ki, bu turnir barədə iki səbəbə görə danışmağın mənası yoxdur. Birincisi, hələ məlum deyil ki, qrupumuzda yer alan komandaların durumu 1 ildən sonra necə olacaq. İki ildən sonra, dünya çempionatının final mərhələsinin astanasında komandaların güclərinin necə olacağı indidən demək isə mümkün deyil.
İkincisi isə biz hələ «Avro-2012»yə düşmək məsələsini həll etməliyik. İndi buna köklənməliyik» - deyə London «Arsenal»ının futbolçusu bildirib.


Son xəbərlər