Rəşad Sadiqov məşqlərə başladı

Rəşad Sadiqov məşqlərə başladı
XƏBƏR 1 Avqust 2011 / 13:08 1784
-  A +

“Qarabağ” “Brügge” ilə oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, dünən axşam komanda Bakıya döndükdən sonra ilk məşqini keçib.

Suraxanı qəsəbə stadionunda 19:30-da baş tutan çalışma 90 dəqiqə davam edib. Məşqdə dizindən zədələnərək sıradan çıxan Vüqar Nadirov iştirak etməyib. Əvəzində təxminən 3 həftədir oynamayan Tural İsgəndərov kollektivlə məşqlərə qatılır.

Rəşad Sadiqov da komanda ilə birgə məşqlərə başlayıb. Ağdam klubunun kapitanı qardaşının vaxtsız vəfatıyla əlaqədar olaraq, “Brügge” ilə ilk oyunda iştirak edə bilməmişdi. 28 yaşlı yarımmüdafiəçi dünən “Qarabağ”ın düşərgəsinə qoşularaq, məşqlərə başlayıb.

Son xəbərlər