“Bakı” “Qəbələ” ilə oyuna hazırlaşır

“Bakı” “Qəbələ” ilə oyuna hazırlaşır
XƏBƏR 1 Avqust 2011 / 11:00 1498
-  A +

Təlim-məşq toplantısını başa vuraraq, Vətənə qayıdan "Bakı" bu gündən etibarən hazırlıqlarını davam etdirəcək. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt klubunun üzvləri bir günlük istirahətdən sonra məşqlərə başlayacaqlar. İlk məşq axşam saat 19:00-da klubun bazasında baş tutacaq.

Qeyd edək ki, "Bakı" 20-ci Azərbaycan çempionatının ilk turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Oyun avqustun 7-də  keçiriləcək.


Son xəbərlər