Roberto Mançini: “O, qeyri-adi hücumçudur”

Roberto Mançini: “O, qeyri-adi hücumçudur”
XƏBƏR 30 İyul 2011 / 17:50 2400
-  A +

“Mançester Siti”nin baş məşqçisi Roberto Mançini komandanın yeni transferi Serxio Aquero ilə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, italyan mütəxəssis ulduz futbolçuya tərif yağdırıb. Mançini Aqueronu qeyri-adi hücumçu adlandırıb:

“O, qeyri-adi hücumçudur. Aquero hələ çox gənc və perspektivli oyunçudur. Mən belə dünürəm ki, karyerası ərzində 1000 qol vuran Romarionun rekordunu məhz argentinalı forvard yeniləyəcək”.

Qeyd edək ki, Mançini komandaya daha bir hücumçu alınmasını istəyir.

Son xəbərlər