Eto “Anji”yə “yox” dedi

Eto “Anji”yə “yox” dedi
XƏBƏR 30 İyul 2011 / 16:00 1982
-  A +

Kamerun yığması və “İnter”in hücumçusu Samuel Etonun Rusiya Premyer Liqasında çıxışı baş tutmayacaq. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu onunla maraqlanan “Anji”nin təklifini qəbul etməyib.

Qeyd edək ki, Mahaçqala klubu uzun müddətdir qaradərili forvardla yaxından maraqlanırdı. Hətta ruslar qarşı tərəfə rəsmi təklif də göndərmişdilər. Ancaq Eto təklifi rədd edərək, “İnter”də qalmaq istədiyini bildirib:

“Mənim əsas hədəfim Çempionlar Liqasını qazanmaqdır. “Anji” isə bu mötəbər turnirdə iştirak etmir. Ona görə də, bu komandanın təklifini qəbul etmədim”.

Xatırladaq ki, Mahaçqala klubu Etonun keçidi üçün “İnter”ə 50 milyon avro təklif etmişdi.

Son xəbərlər