“Fənərbaxça”nın müdafiəçisi "Yuventus"a keçir

“Fənərbaxça”nın müdafiəçisi "Yuventus"a keçir
XƏBƏR 30 İyul 2011 / 15:43 2141
-  A +

Adı danışılmış oyunlarla bağlı qalmaqala qarışan “Fənərbaxça”da hər şey mənfiyə doğru gedir. Əziz Yıldırım və bir neçə klub rəsmisinin həbsindən sonra aşağı dəstəyə göndərilməsi gündəmdə olan “sarı-lacivərdlilər”in legionerləri də yavaş-yavaş komandanı tərk etməyə başlayıblar.

Qol.Az-ın məlumatına görə, Emenikenin ardından “Fənərbaxça”nın uruqvaylı müdafiəçisi Dieqo Luqano da klubla yollarını ayırmağa qərar verib. Amerika Kubokundan sonra Türkiyəyə dönəcəyi gözlənilən ulduz futbolçu “Yuventus”la danışıqlara başlayıb.

İtaliya mətbuatının yazdığına görə, bu yaxınlarda Milan şəhərinə yollanan Luqanonun meneceri “qoca sinyora” rəhbərliyi ilə razılığa gəlib. Tərəflər artıq bütün məsələləri yoluna qoyublar. Sadəcə 30 yaşlı müdafiəçinin rəsmi müqaviləyə imza atması qalıb.

Qeyd edək ki, “Yuventus” Luqano üçün “Fənərbaxça”ya 3 milyon avro ödəyəcək.

Son xəbərlər