Xavyer Pastore rəsmən PSJ-də

Xavyer Pastore rəsmən PSJ-də
XƏBƏR 30 İyul 2011 / 14:39 1914
-  A +

“Palermo”nun argentinalı ulduzu Xavyer Pastore karyerasını Fransa çempionatında davam etdirəcək. Qol.Az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi PSJ ilə razılığa gəlib.

Transfer xəbərini “Palermo”nun prezidenti Maurisio Zamparini də təsdiqləyib. Zamparini Pastorenin PSJ-yə satıldığını rəsmən açıqlayıb. Fransızlar ulduz futbolçuya görə qarşı tərəfə 43 milyon avro ödəməli olublar.

Qeyd edək ki, argentinalının xidmətində İngiltərənin “Çelsi” klubu da maraqlı idi. Ancaq “zədganlar”ın təklif etdiyi məbləğ italyanları qane etmədiyindən, Pastorenin London klubuna keçidi baş tutmayıb.

Son xəbərlər