Paraqvay millisinin baş məşqçisi istefa verdi

Paraqvay millisinin baş məşqçisi istefa verdi
XƏBƏR 30 İyul 2011 / 13:50 1812
-  A +

Paraqvay yığmasının baş məşqçisi Xerardo Martino tutduğu vəzifəsindən kənarlaşıdırılıb. Qol.Az-ın məlumatına görə, Paraqvay Futbol Federasiyasının qərarı ilə 48 yaşlı mütəxəssis istefaya göndərilib.

Federasiya rəhbərliyinin bu addımı ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki ötən il CAR-da təşkil olunan düya çempiontında yığmanı ¼ finala yüksəldən, bu yaxınlarda isə Amerika Kubokunda ölkəsinə gümüş medal qazandıran çalışıdırıcını istefaya göndərmək başadüşülən deyil.

Qeyd edək ki, istefaya göndərilməsi ilə bağlı yayılan məlumatları Martino özü də təsdiqləyib: “Artıq Paraqvay millsinin baş məşqçisi deyiləm. Hesab edirəm ki, bundan sonra komandaya nə xeyir verə, nə də nəzərdə tutduğum planları həyəta keçirə bilərəm”.

Son xəbərlər