“Qəbələ” uduzdu, “Kəpəz” finalda

XƏBƏR 31 İyul 2011 / 00:28 3688
-  A +

Bu gün Qəbələdə 4 klubun - Azərbaycan və Gürcüstan komandalarının iştirakı ilə beynəlxalq turnirə start verilib. Qol.Az saytının xəbərinə görə, yarışda Azərbaycanı “Qəbələ” və “Kəpəz”, Gürcüstanı isə “Spartak” və “Dila” təmsil edir.

Bu gün yarımfinal oyunlarına start verilib.

“Kəpəz” (Gəncə) – “Spartak” (Sxinvali) – 3:2
Qollar:
Fomenko, 5, 90+1, Ceyhun Sultanov, 23 (pen) – Mirzəyev, 8 (avtoqol); Metreveli, 87

“Qəbələ” (Qəbələ) – “Dila” (Qori) - 1:3
Qollar:
Gia Todua, 1, 10, Rey Məmmədbəyli 90, David Çaqelişvili, 87

Qeyd edək ki, olimpiya sistemi ilə keçirilən turnir “Qəbələ” klubunun təşəbbüsü, “Jalə” şirkətinin sponsorluğu ilə baş tutub.

Əvvəl yarımfinallar, ertəsi isə əvvəl ilk günün məğlubları, sonra isə qalibləri üz-üzə gələcək.

Əsasnaməyə görə, bu gün üçüncü yer uğrunda “Qəbələ” “Spartak”la, “Kəpəz” isə “Dila” ilə 1-ci yer uğrunda mübarizə aparacaq.


Son xəbərlər