Legionerlərin taleyi Rednikin qərarından asılıdır

Legionerlərin taleyi Rednikin qərarından asılıdır
XƏBƏR 30 İyul 2011 / 11:44 2179
-  A +

“Xəzər Lənkəran”da hansı futbolçuların qalıb-qalmayacağına bu gün aydınlıq gələcək. Qol.Az-ın mməlumatına görə, cənub klubunun baş məşqçisi Mirça Rednik futbolçularla bugünkü görüşdən klubdakı legionerlərin taleyinə aydınlıq gətirəcək.

Bununla bağlı lənkəranlı futbolçular artıq Bakıya gəliblər. İndi bütün azarkeşlər Mirçe Rednikin oyunçularla bağlı qərarını səbirsizliklə gözləyirlər. Çünki rəhbərliyin rumıniyalı mütəxəssisin qarşısına qoyduğu şərtə əsasən, komandada cəmi 4 legioner futbolçu qalmalıdır.

Qeyd edək ki, cənublular Lənkərana avqustun 1-də qayıdacaqlar.

Son xəbərlər