Danışılmış oyunlarla bağlı üçüncü həbs dalğası

Danışılmış oyunlarla bağlı üçüncü həbs dalğası
XƏBƏR 29 İyul 2011 / 15:15 1905
-  A +

Türk futbolunda danışılmış oyunlarla bağlı istintaq yeni mərhələyə qədəm qoyub. Qol.Az-ın məlumatına görə, “Fənərbaxça”nın daha iki rəsmisi – vitse-prezident Murat Özaydınlı və klubun meneceri Hasan Çətinkaya bu gün səhər saatlarında polis idarəsinə gələrək, ifadə veriblər. İfadələri alındıqdan sonra hər iki şəxs saxlanılıb. Hətta Çətinkayanın tibbi müayinədən keçmək üçün xəstəxanaya aparıldığı söylənilir.

Qeyd edək ki, saxlanılan şəxslər arasında “Trabzonspor”un vitse-prezidenti, Nevzat Şakar, sabiq referi Zafer Öndər İpək və “İstanbul Böyükşəhər Bələdiyəspor”un futbolçusu Can Arat da var.

Son xəbərlər