Mirça Rednik son qərarını verdi

Mirça Rednik son qərarını verdi
XƏBƏR 29 İyul 2011 / 14:03 2972
-  A +

Avroliqanın ikinci təsnifat mərhələsindəcə mübarizəni dayandıraraq, avrokuboklardan kənarda qalan “Xəzər Lənkəran”da işlər qaydasına düşüb. Qol.Az-ın məlumatına görə, komandadan ayrılacağı gündəmdə olan Mirça Rednik klub prezidenti Mais Mənsimovla görüşdükdən sonra yekun qərarını verib. Rumıniyalı mütəxəssis “Xəzər Lənkəran”da qalacağını açıqlayıb.

Qeyd edək ki, bu işdə azarkeşlərin rolu az olmayıb. Rednik bu addımı sırf yerli fanatlara görə atdığını bildirib. Bu gün Bakıda klub rəsmiləri ilə görüşən Rednikin Lənkərana yollanacağı gözlənilir. Mais Mənsimov isə artıq Lənkərandadır. O, komandada gedən proseslərlə yaxından maraqlanmaq üçün cənub bölgəsinə gedib.

Son xəbərlər