Alexandro Sabelya futbol üzrə Argentina milli komandasına yeni baş məşqçi təyin olunub.
Qol.Az-ın məlumatına görə, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) baş katibi Xose Luis Meyszner bildirib. Sabelya Argentina millisinin Amerika Kubokunun ¼ finalında mübarizəni dayandırmasından sonra istefaya göndərilmiş Serxio Batistanı əvəzləyib. Batista bu vəzifədə 8 aydan bir qədər çox çalışıb.
Qeyd edək ki, Alexandro Sabelya məşqçilik fəaliyyətinə 1990-cı illərin əvvəllərində başlayıb. O, uzun müddət İtaliyanın “Parma”, Meksikanın “Monterrey”, Braziliyanın “Korintians” klublarında, habelə Argentina və Uruqvay yığmalarında tanınmış mütəxəssis Daniel Passarellanın köməkçisi kimi çalışıb.
Sabelya baş məşqçi kimi 2009-cu ildə Argentina “Estudiantes”ində debüt edib. 58 yaşlı mütəxəssis bu komanda ilə Libertadores Kubokunu və Argentina yaz çempionluğunu qazanıb. Fevralda “Estudiantes”dən ayrılan Sabelya BƏƏ-nin “Əl-Cəzirə” yayda komandasına baş məşqçi təyin olunmalı idi. Lakin AFA onu fikrindən döndərə bilib.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video