Niki Zimlinq: “Qarabağ”ın qolundan sonra əhvalımız korlandı”

Niki Zimlinq: “Qarabağ”ın qolundan sonra əhvalımız korlandı”
XƏBƏR 29 İyul 2011 / 12:18 2860
-  A +

“4:1yaxşı nəticədir. İlk 15 dəqiqədə möhtəşəm oynadıq. Rəqibi təzyiq altında saxlamağı bacardıq. Ancaq “Qarabağ”ın qolundan sonra əhvalımız korlandı. Hesab 3:1 olduqdan sonra isə oyun əvvəlki ssenarisinə qayıtdı”.

Qol.Az-ın Belçika mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Brügge”nin yarımmüdafiəçisi Niki Zimlinq deyib. Yerli azarkeşlərin möhtəşəm dəstəyini qeyd edən 26 yaşlı futbolçu səfər oyunu ilə bağlı isə bunları deyib:

“Azarkeşlərimiz möhtəşəm idi. Onların dəstəyi ilə dörd fərqli futbolçu rəqib qapısına yol tapdı. Bununla da sübut etdik ki, qol vurmağı bacarırıq. Ancaq komandada yeni futbolçular çox olduğu üçün bir qədər adaptasiya problemi var. Həftəsonu cari çempionata ilk oyunumuza çıxacağıq. İnanıram ki, həmin görüşdə də qələbə qazanacağıq. Çünki bu, bizim üçün çox vacibdir. “Qarabağ”dan səfər oyununda nə gözləmək olar? İsti hava və ağır futbol. (Gülür)”.

Son xəbərlər