Bir çox ölkənin futbol çempionatlarından fərqli olaraq, Azərbaycan Premyer Liqası Superkubok matçı ilə start götürməyəcək.
Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. Musayev ötən mövsüm Unibank Premyer Liqasının qalibi olmuş “Neftçi” ilə NBC Bank Azərbaycan Kubokunun sahibi “Xəzər Lənkəran” arasında Superkubok matçının yeni mövsüm ərəfəsində baş tutmamasını 3 səbəblə əsaslandırmağa çalışıb:
“Birincisi, hər iki klub hazırda yeni mövsümə hazırlaşır. İkincisi, “Neftçi” və “Xəzər Lənkəran”ın oyunçuları Azərbaycan yığmasının Makedoniya ilə avqustun 10-da Bakıda keçiriləcək yoldaşlıq görüşünə də çağırıldıqlarından yorğun olacaqlar. Üçüncüsü, belə isti havada Superkubok matçı keçirmək olar?”
Lakin PFL prezidenti əsas səbəbi - “Neftçi” və “Xəzər Lənkəran”ın Çempionlar Liqası ilə Avropa Liqasındakı uğursuzluqla əlaqədar şokda olmalarını istisna edib. Hər halda o, hələ də Superkubok matçının təşkilinə çalışdığını bir daha diqqətə çatdırıb: “Çalışırıq ki, bu oyun baş tutsun. Hazırda klublarla danışıqlar aparırıq. Razılıq verilsə, bu oyun üçün vaxt tapmaq çətin deyil. Amma matçın mövsüm ərəfəsində təşkili alınmayacaq”.
Qeyd edək ki, Azərbaycanda 2011-2012-ci il mövsümünə avqustun 6-da keçiriləcək Unibank Premyer Liqasının I turu ilə start veriləcək.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı