“Brügge” rəsmisi: “Qarabağ”ı mütləq keçməliyik”

XƏBƏR 28 İyul 2011 / 18:00 1877
-  A +

“Uzun müddətdir ki, avrokuboklarda uğur qazana bilmirik. Bu il heyətimizi yeni futbolçularla daha da gücləndirdik. Avroliqadakı hədəflərimiz böyükdür. Bunun üçün isə “Qarabağ”ı mütləq keçməliyik”.

Qol.Az-ın Belçika mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri “Brügge”nin baş meneceri Vinsent Mannaert deyib. Avroliqanın qalibi olmaq istədiklərini söyləyən klub rəsmisi uzun illər bunun həsrətində olduqlarını bildirib:

“Avroliqada əsas məqsədimiz gedə bildiyimiz yerə qədər irəliləməkdir. Ancaq planlarımıza kuboku qazanmaq da daxildir. Ötən mövsümü 4-cü yeri tutaraq Avroliqaya vəsiqə qazandıq. Bu şansı qaçırmaq istəmirik. Uzun illərdir beynəlxalq arenada uğur arzusundayıq”.

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya