Xavi: "Mourinyo bizi daha da ruhlandırır"

Xavi: "Mourinyo bizi daha da ruhlandırır"
XƏBƏR 28 İyul 2011 / 17:38 2019
-  A +

"Barselona" klubunun əsas yarımmüdafiəçilərindən olan Xavi Hernandez maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, Xavi Mourinyonun "Barselona" haqda dediyi fikirlərə münasibət bildirib:

"Çoxları elə düşünür ki, Mourinyonun açıqlamaları bizi narahat edir. Lakin bu heç də belə deyil. Əksinə Mourinyonun açıqlamaları bizi ruhlandırır, növbəti oyunlara kökləyir. Doğrudur, Mourinyo işini bilən və təcrübəli mütəxəssisdir.

Lakin o bizim işimizə mane ola bilməz. "Real" bu mövsüm bir qədər güclənsə də, bu, bizi qorxutmur. Çünki biz sözümüzü öz meydanda deyirik".

Qeyd edək ki, Mourinyo daha öncə verdiyi açıqlamalarında yeni mövsümdə "Barselona"nı Çempionlar Liqasında məğlub edəcəklərini bildirmişdi.

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya