İspaniya millisinin üzvü London yolunda

İspaniya millisinin üzvü London yolunda
XƏBƏR 28 İyul 2011 / 16:37 1840
-  A +

İspaniya millisi və “Valensiya”nın yarımmüdafiəçisi Xuan Mata “Arsenal”a keçməyə çox yaxındır. Qol.Az-ın məlmatına görə, futbolçunun meneceri artıq London klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, “topçular” uzun müddətdir ki, istedadlı oyunçu ilə yaxından maraqlanırlar. Hətta ingilislər bundan əvvəl 2 dəfə “yarasalar”a rəsmi təklif göndərib. Ancaq hər iki halda məbləğ ispanları qane etmədiyindən, onlar “Arsenal”ın təklifini qəbul etməyiblər.

Bunu nəzərə alan London klubu məbləği bir qədər də artıraraq, qarşı tərəfə 15 milyon avro təklif edib. Görünür, sonuncu təklif futbolçunu və mencerini razı salıb.

 

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya