Türkiyə futbolunda danışılmış oyunların istintaqı davam etdiyi vaxt “İddaa” bukmeyker kontoru qardaş ölkə klublarının iştirakı ilə keçirilən oyunlara pul qoyuluşlarını dayandırıb.
Qol.Az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Gənclər və İdman Baş İdarəsinin müdiri Yunus Akgül bildirib. Akgül bildirib ki, bu qadağa Türkiyə Futbol Federasiyasının yekun qərarı açıqlananadək qüvvədə olacaq.
Hökumət rəsmisi hər hansı söz-söhbətə əsas verməmək üçün belə bir qərar qəbul etdiklərini vurğulayıb. Hazırda Türkiyə çempionatında fasilə olsa da, ölkə klubları müxtəlif yoldaşlıq görüşlərində qüvvələrini sınayır.
Əvvəllər həmin yoxlama oyunlarını da “İddaa”nın proqramına daxil edən “Spor Toto” təşkilatı danışılmış oyunlarla bağlı istintaq başlayan kimi bütün Türkiyə komandalarına embarqo qoyub.
Yalnız Avropa kuboklarındakı oyunlar və bu gün “Qalatasaray”la İngiltərə “Liverpul”u arasında keçiriləcək yoldaşlıq matçı qadağaya şamil olunmayacaq.
Qeyd edək ki, “İddaa” bukmeyker kontorunun təşkilatçısı “İnteltek” şirkəti Azərbaycanda “Topaz” brendi altında idman-mərc oyunu da keçirir. “Topaz”ın bu gün üçün açıqladığı proqramda Türkiyə klublarından “Qalatasaray”ın “Liverpul”la yoldaşlıq, “Qaziantepspor”un “Legiya” (Polşa), “Bursaspor”un isə “Qomel”lə (Belarus) keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları yer alıb.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"