Avropadakı soydaşlarımızdan "Qarabağ"a dəstək

XƏBƏR 28 İyul 2011 / 13:34 1955
-  A +

Bu axşam Avroliqanın III təsnifat mərhələsi çərçivəsində səfərdə "Brügge"nin qonağı olacaq "Qarabağ"ın oyununu 100-ə qədər azərbaycanlı azarkeş izləyəcək.
 
Bu barədə Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun icraçı-direktoru Əmrah Çəlikəl məlumat verib.

Çəlikəl Azərbaycanın Belçikadakı səfirliyinin "Qarabağ" klubu ilə maraqlandığını və bu görüşü 100-dək soydaşımızın izləyəcəyini bildirib.

Klub rəsmisi eyni zamanda axşamkı oyunu izləyənlər arasında Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahimin də olacağını vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Belçikadakı səfiri hazırda məzuniyyətdə olduğundan "Qarabağ"ın oyununu izləyə bilməyəcək.


Son xəbərlər
15.01.26  10:35

"Bavariya"da ciddi itki