“Brügge”nin yarımmüdafiəçisi: “Qarabağ”la oyun bizim üçün əla şansdır”

“Brügge”nin yarımmüdafiəçisi: “Qarabağ”la oyun bizim üçün əla şansdır”
XƏBƏR 28 İyul 2011 / 13:09 1865
-  A +

“Qarabağ”la oyuna hazırlıqlarımız yaxşı əhval-ruhiyyədə keçdi. Vacib matçlar həmişə maraqlı olub. Nəyə qadir olduğumuzu göstərmək üçün “Qarabağ”la oyun bizim üçün əla şansdır”.

Qol.Az-ın Belçika mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri “Brügge”nin yarımmüdafiəçisi Vadis Odjidja deyib. Onun sözlərinə görə, komandada problem yoxdur və hər hansı təzyiq hiss olunmur:

“Səbirsizliklə oyunun başlanmasını gözləyirik. Komandada hər şey qaydasındadır. Üzərimizdə təzyiq hiss eləmirik. Əgər belə bir şey olsaydı, bu, bizim əleyhimizə işləyərdi. Meydanda mənim üstümə daha çox iş düşəcək. Öz oyunumla baş məşqçiyə sübut etməliyəm ki, mən bunun öhdəsindən gələ bilirəm”.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?