Sabah Avroliqanın III təsnifat mərhələsi çərçivəsində səfərdə “Brügge”nin qonağı olacaq “Qarabağ”a “İmarət” fan klubundan dəstək gəlib.
Qol.Az-ın məlumatına görə, müraciətdə “Qarabağ”ın kapitanı Rəşad Sadiqovun qardaşı Səbuhi Sadiqovun dünyasını dəyişməsi ilə bağlı futbolçuya başsağlığı verilir və komanda sabahkı oyunda qələbəyə ruhlandırılır.
“İmarət” fan klubunun “Qarabağ”a müraciətində deyilir:
“İlk öncə bildirmək istəyirik ki, bu ölüm xəbəri bütün “Qarabağ” azarkeşlərini dərindən sarsdı. Çünki biz bir ailəyik. Əziz komandamızın kapitanının belə vacib oyundan öncə qardaşının gənc yaşında dünyasını dəyişməsi biz tərəfdən adi qarşılana bilməzdi. Ancaq nə etmək olar? Əldən heç nə gəlmir artıq. Qismət beləymiş. Bizə indi onun ruhunun şad olmasını, yerinin behişt olmasını uca Tanrıdan istəmək qalır.
Biz "İmarət" fan-klubunun idarə heyəti olaraq bu gün Rəşadın qardaşının yas mərasimində də iştirak etmişik. Orada Rəşada başsağlığı bildirsək də bir daha buradan “Qarabağ” azarkeşləri, "İmarət" fan-klubu adından əziz kapitanımıza başsağlığı və səbr istəyimizi çatdırırıq.
Eyni zamanda “Qarabağ”ın bugünkü durumundan da narahat olduğumuzu bildirmək istərdik. Çünki sözün həqiqi mənasında “Qarabağ” bir komandadır. Bu xəbərin komandanın digər üzvlərinə də nə qədər təsir etdiyinin bilincindəyik. Hamının ürəyinin Rəşadın yanında olduğunu anlayırıq. Bu gün yas mərasimində Rəşadın da komandadan nigaran olduğu sezilirdi.
Belə olan təqdirdə isə Rəşada “Qarabağ”ın qələbəsindən gözəl təsəlli ola bilməz. Ümid edirik ki, qardaşı Səbuhinin ruhunun rahatlığı üçün “Qarabağ”ın futbolçuları meydanda sonadək döyüşəcəklər. “Qarabağ” təsəllilərin komandasıdır.
Elə buna görə də, neçə ildir “Qarabağ” 1 milyon məcburi köçkünün təsəllisi olmağı bacarır. Futbolçularımızdan bacardıqları bu vəzifəni bir daha şərəflə yerinə yetirəcəklərinə və əziz kapitanımıza dayaq olacaqlarına inanırıq".
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı