"Qarabağ" UEFA-nın manşetində

XƏBƏR 27 İyul 2011 / 19:02 3286
-  A +

Avroliqanın III təsnifat mərhələsi çərçivəsində sabah Belçikada "Brügge"nin qonağı olacaq Ağdamın "Qarabağ" klubunun uğurları UEFA-nın da diqqətindən kənar qalmayıb.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytının "Avroliqa" bölməsinin manşetində məhz "Qarabağ" qayıdır" başlıqlı yazı dərc olunub.

Yazıda "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov və komandanın yarımmüdafiəçisi Namiq Yusifovun qarşıdakı oyunlarla bağlı fikirlərinə də yer verilib.

Eyni zamanda xəbərdə "Qarabağ"ın "Rusenburq" və "Visla" kimi klubları mübarizədən kənarlaşdırdığı, play-off mərhələsində isə "Tvente" və "Borussiya"ya məğlub olaraq qrup mərhələsinin bir addımlığnda dayandığı xüsusi vurğulanıb.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?