Bü gün "Bakı" klubunun latviyalı baş məşqçisi Aleksandr Starkov ad gününü qeyd edir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Starkov bu gün 56 yaşını qeyd edir.
Təcrübəli mütəxəssis 26 iyul 1955-ci il tarixində Latviyanın Madona şəhərində (keçmiş SSRİ) anadan olub. 10 yaşından futbolla məşğul olub. 18 yaşlı Starkov peşıkar futbolda ilk addımlarını "RPİ Madona" klubunda atıb. Futbol mütəxəssislərinin diqqətini cəlb edən gənc futbolçu Latviyanın birinci klubu "Dauqava"ya dəvət alıb.
Təxminən, 13 il ərzində (1976-1989) Riqanın "Dauqava" klubunda çıxış edən Aleksandr Starkov bu klubun heyətində 300-dən artıq oyun keçirib, 115 qola imza atıb. İstedadlı futbolçu 2003-cü ildə Latviya futbol tarixinin ən güclü oyunçusu elan olunub.
Peşəkar futbol karyerasını başa vuran Starkov məşqçilik fəaliyyətinə start verib. 1990-1992-ci illər ərzində "Dauqava", "Pardauqava", "Kompar-Dauqava" klublarında çalışıb. 1992-1994-cü illərdə Latviya U-21 milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Aleksandr Starkov 1993-2004-cü illərdə "Skonto" klubunun sükanı arxasına keçib. Bu müddətdə klubuna 12 dəfə Latviya çempionu, 6 dəfə Latviya kubokunun qalibi titullarını qazandırıb.
2004-2006-ci illər mövsümündə Moskvanın "Spartak" (Rusiya) klubunun baş məşqçisi postunda işləyib. 2005-ci ildə "Spartak"la Rusiya çempionatının gümüş medallarına sahib olub.
2009-cu ildən etibarən yenidən "Skonto"ya qayıdıb və son günlərədək bu vəzifədə çalışıb.
Aleksandr Petroviç Starkovun milli komanda karyerası da rəngarəng uğurlarla zəngindir. 1995-2001-ci illərdə Latviya milli komandasında ikinci məşqçi kimi fəaliyyət göstərən Starkov 2001-2004-cü illər mövsümlərində milli komandaya baş məşqçilik edib.
Latviya yığması tarixinin ən böyük uğuruna, məhz, onun rəhbərliyi altında imza atıb. Latviya 2004-cü il Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb və güclü rəqiblərlə mübarizədən üzüağ çıxıb.
Avropa çempionatından sonra milli komandadan ayrılan Starkov 3 illik fasilədən sonra yenidən Latviya yığmasına dəvət olunub. Starkovun komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində inamla çıxış edərək qrup mərhələsini 3-cü yerdə başa vurub. O, hazırda milli komanda ilə çalışmaqda davam edir.
Qol.Az saytının kollektivi də Starkovu ad günü münasibəti ilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır