“Qalatasaray” “Arsenal”ın futbolçusuna “elçi" düşüb

“Qalatasaray” “Arsenal”ın futbolçusuna “elçi" düşüb
XƏBƏR 27 İyul 2011 / 13:31 1912
-  A +

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qalatasaray” daha bir ulduz futbolçunu heyətinə qatmaq istəyir. Qol.Az-ın İngiltərə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Arsenal”ın rusiyalı hücumçusu Andrey Arşavinlə yaxından maraqlanır.

Artıq klublar arasında danışıqlara start verilib. Ancaq ingilsilərin 30 yaşlı forvard üçün tələb etdikləri 16 milyon avro “Cim-Bom” rəsmilərini bir qədər düşündürür. Ona görə də “sarı-qırmızlılar” Arşavinin qiymətini aşağı salmaq üçün əllərindən gələni edirlər.

Qeyd edək ki, Arşavin “Arsenal”a 2009-cu ildə Rusiyanın “Zenit” klubundan keçib.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?