“Real”ın futbolçusu İspaniya vətəndaşlığını qəbul etdi

“Real”ın futbolçusu İspaniya vətəndaşlığını qəbul etdi
XƏBƏR 27 İyul 2011 / 10:30 2260
-  A +

“Real”ın braziliyalı müdafiəçisi Marselo bundan sonra legioner sayılmayacaq. Qol.Az-ın məlumatına görə, ulduz futbolçu İspaniya vətəndaşığını qəbul edib.

2007-ci ildən bu yanan “kral klubu”nda çıxış edən 23 yaşlı cinah müdafiəçisi qərarını belə izah edib:

“Dörd ildir İspaniyada top qovuram. Bu ölkənin vətəndaşlığını qəbul etmək ən böyük arzum idi. Arzumu həyata keçirdiyim üçün bu gün mənim üçün əlamətdar olacaq”.

 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner