"Çelsi"nin kapitanı: "Torresi Şevçenko ilə qarışdırmayın"

"Çelsi"nin kapitanı: "Torresi Şevçenko ilə qarışdırmayın"
XƏBƏR 27 İyul 2011 / 02:07 2558
-  A +

"Çelsi"nin kapitanı Con Terri komanda yoldaşı Fernando Torresin "zadəganlar"ın sabiq futbolçusu Andrey Şevçenko ilə müqayisə olunmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Terri Torresin Şevçenko ilə müqayisə edilməsinin düzgün olmadığını vurğulayıb:

"Bu müqayisə heç də düzgün deyil. Torresi Şevçenko ilə qarışdırmayın. Son dünya çempionatında zədələnməsi onun oyununa mənfi təsir göstərdi. Bununla belə, Torres qələbəyə ac bir futbolçudur.

O da, bizim kimi Premyer Liqanı qazanmaq istəyir. Torres bunu "Liverpul"da bacara bilməzdi. Ona görə də, "Çelsi"yə gəlib. İnanıram ki, Torres yeni mövsümdə tam fərqli çıxış edəcək.


 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner