Argentina millisi “başsız” qaldı

Argentina millisi “başsız” qaldı
XƏBƏR 26 İyul 2011 / 11:00 1650
-  A +

Amerika Kubokundakı uğursuzluq Argentina millsinin baş məşqçisi Serxio Batistaya baha başa gəlib. Qol.Az-ın məlumatına görə, Argentina Futbol Federasiyası təcrübəli mütəxəssisi istefaya göndərib.

Bu səbəbdən komandanın avqustun 10-da Rumıniya yığması ilə keçirəcəyi yoldaşlıq görüşü də təxirə salınıb. Artıq bu posta namizədlərin adları da məlumdur. Bundan sonra Argentina seçməsini ya Karlos Bilardo, ya da Alexandro Sabelya çalışdıracaq.

Federasiya rəhbərliyi iki mütəxəssis arasında seçim edir.

Son xəbərlər