Messi, Ronaldo, yoxsa Xavi?

Messi, Ronaldo, yoxsa Xavi?
XƏBƏR 26 İyul 2011 / 10:30 2539
-  A +

UEFA-nın versiyasına əsasən “Avropanın ən yaxşı futbolçusu” adına namizədlər müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bu titula səsvermədən sonra ilk üç pilləni tutan futbolçulardan biri - “Barselona”dan Lionel Messi, Xavi Hernandes və “Real”dan Kriştianu Ronaldo sahib çıxa bilər.

İspaniya Primerosunda top qovan futbolçuların xalları hələlik açıqlanmır. Onların ən yaxın izləyiciləri isə Andreas İnyesta və Radomel Falkaodur. Bu futbolçular müvafiq olaraq 4 və 5-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, Avropanın ən yaxşısı avqustun 25-də, Monakoda elektron səsvermə yolu ilə müəyyənləşəcək. Səsvermədə 53 ölkədən ən tanınmış 53 jurnalist iştirak edəcək.

Xatırladaq ki, Messi 2, Ronaldo isə 1 dəfə bu mükafata layiq görülüb. Xavi isə hələlik bu sevinci yaşamayıb.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq