FİFA dərəcəli iki hakim - Anar Niyazovla Babək Quliyev haqqında Peşəkar Futbol Liqasına müəyyən informasiyalar daxil olub. Bu sensasiyalı məlumatı Qol.Az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib. Onun sözlərinə görə, PFL bununla əlaqədar araşdırmaya başlayıb. R.Musayev bildirib ki, bu səbəbdən hər iki referi hakimlikdən kənarlaşdırılıb: «Araşdırma başa çatana qədər onlara heç bir təyinat verilməyəcək». R.Musayev gənc hakimlər barədə onlara müəyyən siqnalların daxil olduğunu deyib: «Araşdırmanın nə qədər davam edəcəyini deyə bilmərəm. Əgər fakt təsdiqlənərsə, hakimlər haqda ciddi tədbir görüləcək».
****
PFL-in prezidenti Ramin Musayev bir qədər avvəl bu məsələylə bağlı bi qədər geniş açıqlama verib. R.Musayev deyib: “Bizə məlumat çatdırılıb ki, onlar hakimlik adıyla başqa-başqa işlərlə məşğul olurlar. Lakin bu məsələni araşdırırıq. Hazırda araşdırmalar getdiyindən, konkret nəsə söyləməkdə çətinlik çəkirəm. Söhbət onların konkret olaraq, hansısa komandaya “işləməsindən” getmir. Söhbət ümumi komandalardan gedir”.
***
“Babək Quliyevlə Anar Niyazovun cəzalandırılmasıyla bağlı əlavə hansısa məlumat verə bilmərəm. Çünki bu məsələ hələ araşdırılır. Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat vermək mümkün olacaq. Hakimlərin konkret olaraq, nədə ittiham olunduğunu da söyləyə bilmərəm”. Qol.Az-ın müxbiriylə söhbətində Babək Quliyevlə Anar Niyazovun hakimlikdən uzaqlaşdırılmasına münasibət bildirərkən, bu sözləri AFFA Hakimləır Komitəsinin sədri Xaqani Məmmədov deyib.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq