“İnşallah, iyulun 28-də axşam “Brügge” ilə oyuna çıxacağıq. Həmin görüşdə bütün gücümüzü ortaya qoyacağıq ki, səfərdən yaxşı nəticə ilə qayıdaq”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Rəqib barədə danışmaq istəməyən Çəlikəl “Qarabağ”ın səfərdən sərfəli nəticə ilə qayıtması üçün üzərilərinə düşən vəzifəni yerinə yetirəcəklərini bildirib: “Vallah, rəqibi dəyərləndirmək mənim işim deyil. Sadəcə onu deyə bilərəm ki, komandanın səfərdən sərfəli nəticə ilə dönməsi üçün lazımı şəraiti yaradacağıq. Azarkeşlərin tribunaları tam doldurması üçün də üzərimizə düşən vəzifəni maksimum yerinə yetirəcəyik”.
“Streymur”la oyunda “Qarabağ”ın qol vurmaqda çətinlik çəkdiyi hiss olunurdu. Klub rəsmisi sırf bununla bağlı lazımı tədbirlər görüləcəyini bildirib:
“Streymur”la qarşılışmada bir az da bəxtsizlik var idi. Bu texniki məsələdir. Ona görə də bu işlərlə baş məşqçimiz Qurban Qurbanov məşğul olur. Bununla bağlı məşqçilər korpusumuz lazımı tədbirləri görəcək. Amma yenə də mən inanmıram ki, orada nə isə çatışmazlıq olsun. Hücumçularımız canla-başla öz işini görürdü”.
Klubun transfer siyasətindən danışan direktor siyahıda legioner futbolçuların olmadığını söyləyib:
“Əlbəttə, transferlər ola bilər. Ancaq bunlar yerli oyunçular olacaq. Çünki əsasən yerli futbolçular transfer etmək və yolumuza da bu oyunçularla davam etmək istəyirik. Planımızda legioner futbolçu transferi yoxdur”.
“Xəzər Lənkəran”ın transferə çıxardığı Rahid Əmirquliyev və Elnur Alahverdiyevin “Qarabağ”a keçəcəyi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirən Çəlikəl hələlik rəsmi bir şey olmadığını vurğulayıb:
“Xəzər Lənkəran”ın son vəziyyətindən sonra Rahid Əmirquliyevlə hər-hansı rəsmi danışığımız olmayıb. İnşallah, əgər belə bir şey olsa, özümüz deyəcəyik. Bizim əsas istəyimiz odur ki, baş məşqçimizin bəyəndiyi, istədiyi oyunçuları komandamıza gətirək. Fərqi yoxdur, bu Rahid də ola bilər, Elnur da, bir başqası da. Amma bu futbolçularla bağlı Qurban müəllimlə danışığımız olmayıb. Əgər o istəsə, “Xəzər Lənkəran”la danışıqlara başlayacağıq”.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı