Messi "Barselona"nın yeni transferi haqda danışdı

XƏBƏR 25 İyul 2011 / 14:30 3264
-  A +

"Barselona" klubunun ulduzu Liinel Messi komandanın yeni transferinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Messi "Barselona"nın "Udineze"dən transfer etdiyi Aleksis Sançez haqda xoş sözlər deyib:

"Sançez çox istedadlı bir futbolçudur. Onun transferi komanda üçün əlavə bir üstünlükdür. Sançezin bir neçə oyununu izlədim. O, həqiqətən də möhtəşəm futbolçudur. İnanıram ki, Sançez "Barselona"nın da sisteminə tez bir zamanda uyğunlaşacaq"


Son xəbərlər