"Antalyaspor"un baş məşqçisindən tərif

"Antalyaspor"un baş məşqçisindən tərif
XƏBƏR 25 İyul 2011 / 03:10 1917
-  A +

"Antalyaspor" klubunun baş məşqçisi Mehmet Özdilək “İnter”lə keçirilən yoxlama görüşündən sonra oyun haqqında fikirlərini bildirib:

"Belə hazırlıq oyunlarında əsas məqsədimiz öz oyun anlayışımızı daha da yüksəltməkdən ibarətdir. Bu gün də başa-baş mübarizə oldu. Bütün futbolçulara oynamaq imkanı yaratdıq. Rəqibə çox mövqe vermədik. Matçın nəticəsi sülhlə yekunlaşdı. Təbii ki, Azərbaycan futbolu ilə Türkiyə futbolu arasında ciddi fərq var. Ölkənizdə futbol inkişaf dövrünü yaşayır. Bir az zaman tələb olunur. Hər il inkişaf edən Azərbaycan komandalarıyla qarşılaşırıq. Bir qədər səbr etmək lazımdır. İnanıram ki, Azərbaycan futbolu haqq etdiyi yerə çatacaq".

Qeyd edək ki, “İnter” – “Antalyaspor” matçı 0:0 hesabı ilə başa çatıb.

Son xəbərlər