Sxadadze razı qaldı

XƏBƏR 25 İyul 2011 / 03:06 1607
-  A +

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Antalyaspor”la keçirilən yoxlama matçından sonra klubun rəsmi saytına fikirlərini bildirib: “Toplanış prosesini başa vurmaq üzrəyik. Burada olduğumuz müddətdə daha bir oyun keçirəcəyik. Komandanın oyununda irəliləyiş var. Lakin matç zamanı bir çox xətalara yol verildiyini də müşahidə etdim. Təəssüf ki, yekun ötürmələrdə çatışmazlıqlar var. Bu istiqamətdə işləmək lazımdır. Ümumilikdə oyundan razı qaldım".

Qeyd edək ki, “İnter” – “Antalyaspor” matçı 0:0 hesabı ilə başa çatıb.

Son xəbərlər