Bahadır Nəsimovun oynadığı görüşdə darmadağın

Bahadır Nəsimovun oynadığı görüşdə darmadağın
XƏBƏR 24 İyul 2011 / 01:17 2476
-  A +

Özbəkistan milli komandası DÇ-2014-ün seçmə mərhələsində Qırğızıstan yığması ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, həmin görüşdə "Neftçi"nin futbolçusu Bahadır Nəsimov da iştirak edib.
  
Matçın ikinci hissəsində meydana daxil olan Nəsimov komandanın kapitanı Sərvər Cəpərovu əvəzləyib. Oyuna gəldikdə isə özbəklər rəqiblərini 4:0 hesabı ilə darmadağın ediblər. Nəsimov "Neftçi"nin son oyunlarında olduğu kimi millinin heyətində də fərqlənə bilməyib. 
 
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 28-də baş tutacaq.

Son xəbərlər