Fariz Nəcəfov: “Kamran Ağayevlə maraqlanmırıq”

Fariz Nəcəfov: “Kamran Ağayevlə maraqlanmırıq”
XƏBƏR 23 İyul 2011 / 17:12 3314
-  A +

“Qəbələ”nin Kamran Ağayevlə maraqlanması ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb. Klubun vitse-prezidenti Fariz Nəcəfov Qol.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib:

“Bu xəbəri ilk dəfə sizdən eşidirəm. Bilirsiniz ki, “Qəbələ” hazırda İngiltərədə təlim-məşq toplanışındadır. Yenə deyirəm, Kamran Ağayevlə maraqlanmırıq”.

Hazırda “Qəbələ”nin düşərgəsində iki əcnəbi futbolçunun  olduğunu söyləyən klub rəsmisi həmin oyunçularla bağlı yekun qərarın qarşıdakı günlərdə veriləcəyini bildirib:

“Bildiyiniz kimi, hazırda düşərgəmizdə iki yeni futbolçu var. Bunlardan biri şotlandiyalı qapıçı Qrem Smit, digəri isə braziliyalı Lenardo Limadır. Toni Adams yaxın günlərdə hər iki futbolçu ilə bağlı öz qərarını verəcək”.

Son xəbərlər