“Roma” daha bir ulduzu heyətinə qatdı

“Roma” daha bir ulduzu heyətinə qatdı
XƏBƏR 23 İyul 2011 / 16:55 2795
-  A +

İtaliyanın “Roma” klubu növbəti transferini gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, “canavarlar” Boyan Krkiçdən sonra ötən mövsümü “Marsel”də keçirən Qabriel Hayntseni heyətinə qatıb.
Argentinalı müdafiəçi yeni klubu ilə “1+1” illik müqaviləyə imza atıb. Onun “Roma”da illik gəliri 600 min avro olacaq.

Qeyd edək ki, İtaliya “A” Seriyası 33 yaşlı futbolçunun çıxış edəcəyi 5-ci ölkə çempionatı olacaq. Belə ki, Hayntse bundan əvvəl “Real”, “Valyadolid” (İspaniya), “Sportinq” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Marsel” və PSJ (Fransa) kimi klubların şərəfini qoruyub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner