Aquero “Mançester Siti”də

Aquero “Mançester Siti”də
XƏBƏR 23 İyul 2011 / 11:00 2212
-  A +

Madrid “Atletiko”sunun argentinalı hücumçusu Serxio Aquero bundan sonra karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Qol.Az-ın məlumatına görə, ulduz futbolçu “Mançester Siti”nin təklifini qəbul edib.

Karlos Tevesin komandada qalıb-qalmayacağından asılı olmayaraq, Aquero növbəti mövsümdən etibarən “şəhərlilər”in şərəfini qoruyacaq. İngilis klubu forvardın transferi üçün 42 milyon avro ayırıb.

Qeyd edək ki, “Mançester Siti”nin baş məşqçisi Roberto Mançini mətbuata verdiyi açıqlamasında Aquero ilə maraqlandıqlarını bildirmuişdi. Artıq futbolçunun özü ilə razılıq əldə olunub. Məsələnin 1-2 gün içərisində rəsmiləşəcəyi dəqiqdir.

Son xəbərlər