Bu gün 20-ci Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, artıq Premyer Liqanın ilk turunda qarşılaşacaq cütlüklər də müəyyənləşib.
Ötən mövsüm olduğu kimi, bu il də çempionat "Neftçi" - "Qarabağ" matçı ilə start götürəcək. İlk turun mərkəzi qarşılaşması olan "Neftçi" - "Qarabağ" görüşü avqustun 7-də keçiriləcək.
Qeyd etmək yerinə düşər ki, bu komandalar ötən mövsüm də ilk turda qarşılaşmışdılar. Həmin vaxt Avroliqada uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə oyunöncəsi "Neftçi"nin qonağı olmuş və həmin görüş 1:1 hesabı ilə başa çatmışdı.
Lakin ilk turun oyunundan sonra "Qarabağ" ağır itki ilə üzləşmişdi. Matçın gedişində komandanın aparıcı futbolçusu Əfran İsmayılov zədələnərək 6 aylıq sıradan çıxmışdı. Bu isə komandanın həm çempinatda, həm avrokuboklardakı çıxışına təsirsiz ötüşmədi.
Həmin vaxt Əfranın avrokuboklarda 5 qolla bombardir olması bu futbolçunun "Qarabağ" üçün nə qədər ağır itki olmasının əyani göstəricisi idi. Bununla belə, "Qarabağ" özündə güc taparaq çempionatı 3-cü pillədə başa vurmaqla yenidən Avroliqaya vəsiqə qazandı.
Ancaq inanmaq istərdik ki, bu dəfə "Neftçi" ilə oyun "Qarabağ" üçün itkisiz ötüşəcək və Qurban Qurbanovun komandası avrokuboklarda mümkün qədər irəli gedəcək.
Qeyd edək ki, "Qarabağ" "Neftçi" ilə oyundan öncə Avroliqanın III təsnifat mərhələsi çərçivəsində səfərdə Belçikanın "Brügge" klubunun qonağı olacaq. Cavab görüşü isə bir həftə sonra - avqustun 4-də Bakıda keçirələcək.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi