Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «Qarabağ» klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionunda oynamaq istəyinə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, çempionatın bu gün keçirilən püşkatma mərasimində o deyib ki, «Qarabağ» növbəti Premyer Liqa başlayana, yəni avqustun 6-a qədər Quzanlı stadionunda neçə oyun keçirəcəyini müəyyənləşdirməlidir.
«Komanda 16 ev oyunundan neçəsini Quzanlıda keçirmək istəyir? Bu barədə bizə əvvəlcədən rəsmi məlumat verilməlidir. Yoxsa, çempionat başlayanda hansısa komandayla, deyək ki, «İnter» və «Xəzər Lənkəran»la ev oyunlarını Quzanlıya salmaq rəqibə hörmətsizlik olar. Çempionatın gedişatı zamanı komandanın istəyinə uyğun oyunların Quzanlıya salınması mümkün olmayacaq» - deyə R.Musayev bildirib.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi