AFFA-nın İntizam Komitəsi premyer-liqanın XVII turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar çıxarıb. Qol.Az-ın Peşəkar Futbol Liqasının mətbuat xidmətindən aldığı məlumata görə, "Turan" - MOİK matçının 66-cı dəqiqəsində meydançaya plastik qabın atıldığı üçün meydan sahibi iki min manat cərimələnib.
"Qəbələ" - "İnter" matçında "İnter" klubunun beş futbolçusu sarı vərəqə aldığına görə min manat cərimə olunub.
"Bakı" - "Qarabağ" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub min manat, matçın 89-cu dəqiqəsində «Bakı» klubunun futbolçusu Stanislav Bacevin əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün bir oyunluq kənarlaşdırılıb və klub iki yüz manat cərimələnib.
"Simurq" - "Neftçi" matçında "Simurq" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub min manat cərimə olunub. Matçda bir neçə dəfə meydançaya tamaşıçılar tərəfindən kənar əşyaların atıldığı üçün meydan sahibi "Simurq" klubu iki min manat cərimə edilib.
Oyunda "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub min manat cərimə edilib.
Bundan başqa, Azərbaycan çempionatının I divizionunun XVIII turunun "Energetik" - "ABN" Bərdə matçında "Energetik" klubunun baş məşqçisi Sahib Qocayev hakimi təhqir etdiyi üçün 4 oyunluq kənarlaşdırılı və klub dörd yüz manat cərimə olunur.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq