«Xəzər Lənkəran» bütün legioner futbolçularla yolları ayırdıqdan sonra çətin duruma düşüb.
Qol.Az-ın məlumatına görə, komandadan bütün legionerlərlər göndərilsə, o zaman heyətdə cəmi səkkiz futbolçu qalacaq.
Onların da hamısı yerli oyunçulardır: Kamran Ağayev, Orxan Sadıqlı, Kamal Bayramov, Elnur Allahverdiyev, Şəhriyar Xəlilov, Rahid Əmirquliyev, Alim Qurbanov və Elnur Abdullayev.
«Xəzər Lənkəran»dan bildirilib ki, yerli futbolçulardan bəziləri də komandadan göndəriləcək.
Bu mənada, güman etmək olar ki, «Xəzər Lənkəran» rəhbərliyin qısa zaman kəsiyində yeni tranferlər həyata keçirə bilməyəcək və istər legioner futbolçular, istərsə də yerli oyunçuların müəyyən hissəsi komandada saxlanılacaq.
Əks halda, komanda avqustun 6-da start götürəcək milli çempionatda iştirak ərizəsinə əsasən əvəzedici heyətin oyunçularının adlarını daxil edəcək.
Qeyd edək ki, bu gün «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimovun İstanbulda klub rəhbərliyi ilə görüşü gözlənilir. Məhz bu oyundan sonra komandanın heyəti ilə bağlı yekun qərar veriləcək.
Hələliksə, baş məşqçi Mirça Rednik rumıniyalı futbolçularla birgə Azərbaycanı tərk edib.
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi