Rauf Əliyev: “Artıq qrup mərhələsi barədə düşünmək istəyirik”

Rauf Əliyev: “Artıq qrup mərhələsi barədə düşünmək istəyirik”
XƏBƏR 22 İyul 2011 / 11:00 1923
-  A +

“Qol epizodlarımız oldu. Amma alınmadı. Əsas odur ki, növbəti mərhələyə keçdik. Bundan sonra “Brügge” barədə rahat fikirləşə bilərik”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Streymur”la oyundan sonra “Qarabağ”ın hücumçusu Rauf Əliyev deyib. Rəqibin əsasən müdafiədə oynadığını bildirən forvard qol vura bilməmələrini də bununla əlaqələndirib:

“Rəqib bütünlükdə müdafiədə oynadığından, bizim üçün bir qədər çətin oldu. Qol vura bolməməyimiz də bununla əlaqədardır. İnşallah qarşıdakı oyunlarda oyunumuzu daha da yaxşılaşdırıb, fərqlənməyə çalışacağıq. Artıq qrup mərhələsi barədə düşünmək istəyirik”.

“Streymur”un ilk görüşdə daha yaxşı oynadığını söyləyən Rauf “Brügge” ilə oyunda azarkeşlərin daha fərqli mübarizənin şahidiolacağını bildirib:

“Streymur” evdə bundan yaxşı oynadı. Əsas odur ki, mərhələni keçdik. Biz çətin oyunlarda yaxşı təsir bağışlayırıq. İnşallah, “Brügge” ilə görüşlərdə də yaxşı oynayıb, nəticə qazanamağa çalışacağıq”.

Son xəbərlər