“Fənərbaxça”nın hücumçusuna 12 milyonluq təklif

“Fənərbaxça”nın hücumçusuna 12 milyonluq təklif
XƏBƏR 21 İyul 2011 / 18:05 2328
-  A +

Ötən mövsüm vurduğu qollarla “Fənərbaxça”nın çempionluğunda pay sahibi olan Mamadu Nyanq Rusiyanın “Terek” klubunun maraq dairəsinə düşüb.

Qol.Az-ın məlumatına görə, fransız hücumçunu heyətinə qatmaq istəyən Qroznı təmsilçisi ulduz futbolçunun keçidi üçün 12 milyon avro xərcləməyə hazır olduğunu bildirib.

Premyer Liqa klubu Nyanqın danışılmış oyunlarla bağlı aşağı dəstəyə göndərilməsi gündəmdə olan “Fənərbaxça”da qalmayacağını düşünürlər. Rusiya təmsilçisi elə bu səbəbdən də seneqallı forvardı heyətinə qatmağa çalışır.

Qeyd edək ki, bir müddət əvvəl 32 yaşlı hücumçu ilə Qətər klubları da yaxından maraqlanırdılar. Amma həmin vaxt İstanbul klubunun rəhbərliyi ərəblərin təklifini rədd etmişdi.

Son xəbərlər