Braziliya millisinin sabiq üzvü “Qəbələ”nin düşərgəsində

Braziliya millisinin sabiq üzvü “Qəbələ”nin düşərgəsində
XƏBƏR 21 İyul 2011 / 17:17 2637
-  A +

Yeni mövsümün hazırlıqlarını İngiltərədə davam etdirən “Qəbələ”nin düşərgəsinə yeni oyunçular qoşulub. Bunlar şotlandiyalı qapıçı Qrem Smitlə braziliyalı hucumameylli yarımmüdafiəçi Leonardo Limadır. Bu barədə Qol.Az-a açıqlamasında komandanın baş meneceri Zaur Əzizov məlumat verib.

Əzizovun sözlərinə görə, bu futbolçuların “Qəbələ”dəki taleyinə qarşıdakı oyunlardan sonra aydınlıq gələcək. Əgər sözügedən futbolçuların Toni Adamsın etimadını doğrultsalar, onlarla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, həm Smit, həm də Lima dünən İngiltərənin “Barnet” klubu ilə yoxalama oyununda “Qəbələ”nin heyətində debüt ediblər.

Daha çox


Son xəbərlər