Dünya çempionatı Rusiyaya 23 milyard dollara başa gələcək

Dünya çempionatı Rusiyaya 23 milyard dollara başa gələcək
XƏBƏR 21 İyul 2011 / 16:52 1532
-  A +

Rusiyanın İdman və Turizm Nazirliyi 2018-ci ildə bu ölkədə təşkil olunacaq dünya çempionatı üçün sərf olunacaq vəsaiti açıqlayıb. Qol.Az-ın məlumatına görə, şimal qonşumuz mötəbər turnirin təşkili üçün təxminən 23 milyard dollar xərcləməli olacaq.

Qeyd edək ki, sərmayenin böyük hissəsi futbolla bağlı olan infrastruktura yatırılacaq. Məsələn, yolların tikintisi və yenidən qurulması təxminən 9 milyard dollara başa gələcək. Bu məbləğin 2,5 milyard dolları federal büdcədən, 3 milyardı regional büdcədən, yerdə qalan hissəsi – 3,5 milyard dolları isə büdcədənkənar mənbələrdən əldə olunacaq.

Məlum olduğu kimi dünya çempionatının oyunları 12 şəhərdə yerləşən 12 stadionda keçiriləcək. Ümumilikdə, yeni stadionların inşasına, köhnələrin isə bərpasına 4,5 milyard dollar vəsait xərclənəcək.

Çempionatda rabitə və informasiya texnologoyalarının inkişafına 3,7, iştirakçı komandaların məşq etmələri və qalmaları üçün təlim-məşq düşərgələri və otellerin tikintisinə isə 1,6 milyard dollar ayrılıb.
Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün nəzərdə tutlan vəsait isə 4,4 milyard dollar təşkil edir. Yerdə qalan məbləğ isə digər xırda problemlərin aradan qaldırılmasına sərf olunacaq.

Daha çox


Son xəbərlər