“Makkabi”nin futbolçusu: “Hər şey Lənkəranda həll olunacaq”

“Makkabi”nin futbolçusu: “Hər şey Lənkəranda həll olunacaq”
XƏBƏR 21 İyul 2011 / 14:10 1782
-  A +

“Bizi rəqib yox, öz oyunumuz maraqlandırır. Lənkərana elə-belə gəlməmişik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avroliqanın ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan “Makkabi”nin futbolçusu Harris Mdonyanin söyləyib. Onun sözlərinə görə, ilk oyundakı qələbəyə baxmayaraq, hər şey bugünkü görüşdə həll olunacaq:

“Düzdür, ilk matçda 2 top fərqi ilə qalib gəldik. Amma bu, hələ növbəti mərhələyə keçmək demək deyil. Hər şey cavab oyununda məlum olacaq. Qarşımızda duran vəzifəni yaxşı bilirik”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner