"Xəzər Lənkəran" burda, evində ilk oyundakı məğlubiyyətin əvəzini artıqlamasıyla çıxacaq, buna inanıram. "Qarabağ" isə hamı düşünür ki, asan olacaq, xeyr, burdakı oyunda diqqətli olmaq lazımdı. Səfərdə gördüz ki, rəqib elə-belə komanda deyil. Elə buna görə də "Qarabağ" Avropa reytinqində vacib xallarını itirdi”.
Bu sözləri “Qarabağ” klubunun fəxri prezidenti, millət vəkili Aqil Abbas söyləyib.
"Xəzər Lənkəran"dan bir balaca incikliyim var, çünki bu region komandasıdı, şəxsən mən onlardan qələbə gözləyirdim. Onların ən balaca uğuruna da sevinirəm. Onlar bilməlidi ki, üzərlərində böyük məsuliyyət var, çünki regionda futbol olmasa, heç bütün ölkədə olmaz. "Neftçi", dediyim kimi, hamımızın nostalgiyasıdı, "Qarabağ" da ki, bunların hamısında bir balaca çox istədiyim komandadı.
Qalanlarını apar tulla. AZAL-mazal, nədi bu, kimə lazımdı. O gün baxıram televizorda, deyir, AZAL-ın UEFA-da adı "Olimpik-Şüvəlan" gedir, hələ dəyişilməyib. Şərh eləyən gah çaşıb AZAL deyir, gah "Olimpik-Şüvəlan". Ə, bunun bir adı olar da, yeddi adı olmaz ki. Olimpik nədi, bu nə addı? Məni bərk əsəbləşdirirdi o ad. Bu komandanın adı nə AZAl olmalıdı, nə Olimpik, bunun adı Şüvəlan olmalıdı. Bunu dəfələrlə Rövnəq Abdullayev də deyib. Nə "İnter"?! Belə adda komanda olar, a kişi?! Bir komandanın ki heyətində 95 faizi əcnəbi ola, o mütləq məhvə məhkumdu" - deyə milli vəkili bildirib.
Aqil Abbas futbol teleşərhçiliyi ilə bağlı sualı da cavablandırıb: "Şərhçilik elə-belə şey deyil. Gərək işini yaxşı biləsən, sonra oturasan mikrofon arxasına. Yoxsa çıx efirdə ağzına nə gəlir danış, adını şərhçilik qoy - belə şey olmaz. Siz balacasız, bilməzsiz, bizim vaxtımızda şərhçilər olub ee.. Ozerov, Maslaçenko. Ondan çox belə ad saya bilərəm. Radioda şərhə qulaq asardıq, elə bilərdin stadiondasan, oyuna canlı baxırsan. Elə şərhçilik edərdilər. Elə bizimkilərdən Valid Sənani, Çingiz İsmayılovu deyim. Çox yaxşı futbol şərhi aparıblar. Ən axırıncısı Altay Əliyev idi. Bir də Elnur Əşrəfoğlu. Onlar danışa bilirdilər heç olmasa. Altayda şərhçilik xüsusiyyəti var idi. Bir az sürəti aşmağı yaxşı çıxmırdı, ancaq o da gedər... Hə, yaxşı şərhçi idi, indi yoxdu, uzaqlaşıb deyəsən.
“Makkabi” – “Xəzər Lənkəran” oyununa televizordan baxa bilməmişəm, yoxsa danışardım o haqda da. Ancaq ümumi onu deyə bilərəm ki, şərhçilərimiz yaxşı deyil. O biri var e, "İdman Azərbaycan"da, oyunu şərh eləyəndə elə bilirsən lay-lay çalır camaata. Şərhçilik ayrı bir incəsənətdi. Qoy, onu da deyim, "Qarabağ"ın iki oyunun heç birini vermir kanallarımız. Nədi, yetim komandadı, ona görə? Baxıram "İdman Azərbaycan" İspaniya çempionatını göstərir, olmazdı "Qarabağ"ın oyunun göstərəsiz? Kanallarımıza ayıb olsun! Gözləyirlər ki, hansı klub onlara pul verəcək, oyununu göstərəcəklər. Bu problemi aradan qaldırmaq lazımdı, mütləq" (futbolpress.az).
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı