Ukrayna futbolunun yetirməsi “Simurq”da

Ukrayna futbolunun yetirməsi “Simurq”da
XƏBƏR 21 İyul 2011 / 12:50 1904
-  A +

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Simurq” klubu ölkə xaricindən azərbaycanlı gənc istedadı heyətinə cəlb edib. Qol.Az-ın məlumatına görə, Odessa “Çernomorets”inin 18 yaşlı hücumameylli yarımmüdafiəçisi Rəşad Eyyubov bundan sonra karyerasını Zaqatala təmsilçisində davam etdirəcək. Komandanın yeni baş məşqçisi Sergey Yuran Ukrayna futbolunun yetirməsi olan soydaşımızı sərəncamında görmək istəyib.  

Qeyd edək ki, Rəşad, əvvəllər Ukrayna U-17 millisinin şərəfini qoruyub. Aleksandr Qolovkonun rəhbərlik etdiyi komandada hesabına qollar da yazıb. Amma sonradan Bakıdan gələn təklifi qəbul edərək, vətənini üstün tutub. U-19 və U-21 millimizin heyətinə cəlb edilib.

Kiyev “Dinamo”sunun, Moskva “Spartak”ının və “Rubin”in skautlarının diqqətini üzərinə çəkmiş Eyyubov, peşəkar futbolçu həyatına uğurla adlamaq və daha çox oyun praktikası qazanmaq üçün Unibank Premyer Liqasında çıxış etməyə qərar verib. Məqsədi burada özünü ən yaxşı tərəfdən göstərib, yaxın gələcəkdə ölkənin əsas millisinə dəvət almaqdır.
 

Daha çox


Son xəbərlər